GDU-nun təcrübəçi tələbələri Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində iştirak ediblər

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisaslarının IV kurs tələbələri Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində iştirak edirlər. İstehsalat təcrübəsində Kimya kafedrasının müdiri Aynur Məmmədova və rəhbər müəllim Vüqarə Əliyeva iştirakı ilə keçirilir.

Zavodun əməkdaşları burada tələbələri texniki təhlükəsizlik qaydalarş ilə tanış ediblər, cihazqayırma sənayesinin hazırkı inkişaf tendensiyaları, istehsalat proseslərində tətbiq olunan müasir texnologiyalar, eləcə də mühəndislər üçün vacib olan peşə bacarıqları barədə məlumat veriblər.

Daha sonra tələbələr zavodun istehsal üçün istifadə etdiyi ilkin məhsullarla yaxından tanış olublar, zavodun müxtəlif istehsal sahələri – metalların induksion əritmə sahəsi, spektrometr analizi laboratoriyası, metalların mexaniki emal sahəsi, plasmas məmulatlar sahəsində biliklərə yiyələniblər.