GDU-da Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə elmi konfrans keçirilib
Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Kimya-biologiya fakültəsində “Genetic problems and the role of biotechnology and artificial intelligence in their solution” mövzusunda elmi konfrans keçirilib.
Konfransda universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Botanika kafedrasının müdiri Vaqif Novruzov, Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri Vəfa Məmmədova, müəllimlər və tələbələr iştirak ediblər.
İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə tədbiri giriş sözü ilə açaraq genetikanın, biotexnologiyanın və süni intelektin önəmindən və inkişafından ətraflı danışıb, Gəncə Dövlət Universiteti tələbələrinin qeyd edilən sahəyə olan marağını yüksək qiymətləndirib.
Çıxış edənlər müəyyən genetik xəstəliklər, onların müalicə üsulları haqında söhbət açıblar.
Konfransın davamında tələbələrin məqalələri dinlənilib və çıxış edən tələbələr sertifikatlarla mükafatlandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti