GDU-da Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib
Gəncə Dövlət Universitetində XX əsrin ən dəhşətli qırğını olan Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Universitetin Kimya-biologiya fakültəsində keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Xocalı faciəsinə hərs olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda insanlığa sığmayan vəhşi əməllərindən ətraflı danışıb, Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərdən məlumat verib.
Prorektor qeyd edib ki, dövlət başçısı Cənab İlham Əliyevin mahir diplomatiyası sayəsində artıq dünya Xocalı həqiqətlərini etiraf etməyə başlayır.
Tədbirdə Botanika kafedrasının müdiri Vaqif Novruzov, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxış edib. Bildiriblər ki, illər keçsə də mənfur ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım heç zaman unudulmayacaq. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün Prezident Cənab ilham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Xocalı faciəsinin canlı şahidi Səmayə Mirzəyeva faciə günü yaşadığı, yaddaşına həkk olunmuş dəhşətli anları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Xocalı facisəsinin 31-ci ildönümünə həsr olunmuş növbəti tədbir Universitetin Tarix –Coğrafiya fakültəsində keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Tarix –Coğrafiya fakültəsinin dekanı Urfan Həsənov, Coğrafiya kafedrasının dosenti (attestatsız) Arifə Əhmədli, Ümumi tarix kafedrasının baş müəllimi İlham Məmmədov çıxış edərək tarixi faktlara əsaslanaraq Xocalı faciəsində ermənilərin xalqımıza qarşı törətdiyi müsibətlərdən ətraflı danışıblar. Çıxışlarda 1992-ci il fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıya ağır hərbi texnika yeridərək şəhərin əhalisinə qarşı misli görünməmiş qırğından söhbət açılıb.
Xocalı facisəsinin 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Filologiya fakültəsində “26 fevral-Xalqımızın qan yaddaşı” adlı tədbir təşkil edilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması istiqamətində görülən silsilə tədbirlərdən, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasından söhbət açıb.
Tədbirdə Filologiya fakültəsinin dekanı Zakir Ələsgərov, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev, baş müəllim Aygün Əhmədova mövzu ətrafında çıxış edib, tələbələrin ifasında şeirlər səsləndirilib.
Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsində keçirilib.
Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri univesitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğından ətraflı söhbət açaraq bildirib ki, Xocalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra almış, bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb.
Tədbirin davamında Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov çıxış edərək qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı.
Tədbirin davamında tələbələrin ifasında şeirlər səsləndirilib, “Xocalı şahidləri” kompozisiyası nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti