Tələbələrimiz Rumıniyada təhsillərini uğurla başa vurdular

2022/2023-cü tədris ilinin ilk semestri üzrə mübadilə proqramı vasitəsi ilə Rumıniya Respublikasının Dunarea de Jos Galati Universitetində təhsil almaq hüququ qazanan Gəncə Dövlət Universitetinin tələbələri- Cavid Tanrıverdiyev və İsmayıl Vəlizadə təhsillərini uğurla başa vuraraq vətənə dönüblər. Onlar Gəncə Dövlət Universitetində təhsillərini qaldıqları yerdən davam etdirəcəklər.

   Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov mübadilə proqramını uğurla başa vuran tələbələri qəbul edərək onları təbrik edib, gənclərə uğurlar arzulayıb.

   Qeyd edək ki, tələbələrimiz Avropa Komissiyasının “Erasmus+” proqramının  KA-1 beynəlxalq kredit mobilliyi layihəsi vasitəsilə Rumıniya Respublikasının Dunarea de Jos Galati Universitetində təhsil almaq hüququ qazanmışdılar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti