Gəncə Dövlət Universitetində Xocalı soyqırımına həsr olunmuş “Qan yaddaşımız” adlı tədbir keçirilib

Gəncə Dövlət Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Qan yaddaşımız” adlı tədbir keçirilib.

   Tədbirdən öncə soyqırım həqiqətlərindən bəhs edən kitablar və  Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən tələbələrin əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi nümayiş olunub.

   Universitet rəhbərliyi, professor- müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirib. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

    Xocalı soyqırımına həsr edilən videoçarx nümayiş etdirilib.

   Tədbirdə 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhçicəsinə qətlə yetirilməsindən, yandırılmasından və girov götürülməsindən söhbət açılıb. Bununla yanaşı Xocalı faciəsinin dövlət tərəfindən dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində həyata keçirilən mühüm işlər barədə danışılıb. Qeyd edilib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

   Xüsusi olaraq vurğulanıb ki,   Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı.

    Tədbir  Xocalı faciəsinə həsr edilən ədəbi-bədii kompozisiya ilə davam edib. Universitetin istetdadlı tələbələrinin ifasında şeirlər səsləndirilib, vətənpərvərliyə aid səhnəcik nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqəlar xidməti