GDU HƏMKARLAR İTTİFAQI KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI
Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilib. Təşkilatın sədri Afaq Qasımova giriş sözü ilə çıxış edərək ittifaq üzvlərinin sosial iqtisadi hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə qayğı və problemlərin həlli, onların istirahət və mədəni-kütləvi tədbirlərə cəlb olunması istiqamətində həyata keçirilən işlər haqqında ətraflı danışıb.
Daha sonra Botanika kafedrasının dosenti Zilxumar İsmayılova və Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədova çıxış ediblər.
İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Qurban bayramı münasibətilə Gəncə Dövlət Universitetinin 5 nəfər aztəminatlı əməkdaşına 100 manat məbləğində göndərilən hədiyyə kartları təqdim olunub.
İttifaq üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Sədri Araz Paşayevə və Gəncə Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımovaya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Qurban bayramı münasibətilə GDU Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin 300 nəfər əməkdaşına qurban payı verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti