GDU-nun təcrübəçi tələbələri Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində iştirak edirlər

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Kimya və Kimya mühəndisliyi ixtisaslarının IV kurs tələbələri Gəncə Cihazqayırma Zavodunda istehsalat təcrübəsində iştirak edirlər.

Təcrübə müddətində tələbələr cihazqayırma sənayesinin hazırkı inkişaf tendensiyaları, istehsalat proseslərində tətbiq olunan müasir texnologiyalar, metalların induksion əritmə sahəsi, laboratoriyalar, metalların mexaniki emal sahəsi və plasmas məmulatlar sahəsində biliklərə dərindən yiyələnirlər.

Kimya kafedrasının müdiri Aynur Məmmədovanın və rəhbər müəllim Vüqarə Əliyevanın istehsalat təcrübəsində tələbələrə düzgün istiqamət verməsi gənclərin peşəkar bacarıqlarının formalaşmasında və onların gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynayır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti