GDU-nun tələbələri ekskursiyada olublar
Gəncə Dövlət Universiteti (GDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin təcrübəçi tələbələri Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər.
Ekskursiya zamanı Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyətindən bəhs edib.
Tələbələr dünya şöhrətli mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən eksponatlarla yaxından tanış olublar.
Daha sonra tələbələr Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinə ekskursiya ebiblər. Bələdçilərin müşayəti ilə tələbələr abidə kompleksi ilə yaxından tanış olublar
Gəncə Qala Qapıları -Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində sərgilənən xalçalar, Şərq süfrə mədəniyyətinə xas çay dəstgahı, dulusçuluq, misgərlik sənəti nümunələri və digər eksponatlarla tanışlıq tələbələrin böyük marağına səbəb olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti