GDU Tələbə Elmi Cəmiyyətinin illik hesabat iclası keçirilib
05 mart 2023-cü il tarixində Gəncə Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat iclası keçirilib.
İclasda Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, TEC sədri Lalə Ələkbərova, rəhbər müəllimlər iştirak ediblər.
İclası giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə universitetdə tələbələrin hərtərəfli kadr kimi yetişməsi üçün yaradılan tələbə təşkilatlarından ətraflı danışıb və fəallığı ilə seçilən TEC-in fəaliyyətini yüksək qiymətləndirib.
Gəncə Dövlət Universiteti TEC sədri Lalə Ələkbərova bir il ərzində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib.
Iclasda fakültələr üzrə yeni TEC sədrləri və müavinləri seçilib, professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi rəhbərlərin təyini ilə bağlı müzakirələr edilib.
Sonda fakültələr üzrə seçilmiş TEC sədrlərinə fəal olmaq tövsiyyə edilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti