Gəncə Dövlət Universitetinin tələbəsinin sınaq dərsi təşkil edilib

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin Məktəbəqədər təlim və tərbiyə ixtisasının IV kurs tələbəsi Günel Abdullayevanın ali təhsil ocağının baza müəssisəsi olan  Gəncə şəhər 2 saylı uşaq bağçasında sınaq dərsi təşkil edilib.

    Dərsdə 2 saylı uşaq bağçasının müdiri Məhəbbət Atakişiyeva, universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Allahverdi Quliyev, təcrübə rəhbərləri və təcrübəçi tələbələr iştirak ediblər.

    Təcrübəçi tələbə Günel Abdullayeva kiçik yaşlı fidan balaların dərsi daha yaxşı mənimsəməsi üçün əyləncəli oyunlardan istifadə edib.

    Dərs müasir təlim metodlarına uyğun təşkil edilib və qarşıya qoyulan tələblər lazımınca ödənilib.

  Təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirilib və tələbəyə metodiki xarakterli məsləhətlər verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti