Tələbələrimiz Nizami Gəncəvi Məqbərəsini ziyarət ediblər

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin müəllimi və  fəal tələbələri Nizami Gəncəvi  Məqbərəsini ziyarət ediblər.

      Ekskursiya zamanı universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin ədəbi fəaliyyətindən bəhs edib.

    Daha sonra məqbərə bələdçiləri tələblərə dahi şairin adını daşıyan muzey haqqında ərtaflı məlumat veriblər.

    Tələbələr dünya şöhrətli mütəfəkkirin həyat və yaradıcılığını əks etdirən eksponatlarla yaxından tanış olublar.

    Qüdrətli söz ustasının ölməz əsərlərinə dair sərgilənən əlyazmalar və miniatürlər ilə tanışlıq tələbələrin xüsusi marağına səbəb olub.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti