Aprel döyüşləri – böyük Zəfərin başlanğıcı

     2016-cı ilin Aprel döyüşləri Ordumuzun və xalqımızın tarixində yeni dövrün – qələbə dövrünün başlanğıcı oldu. Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, Aprel döyüşləri kimi tarixləşdi.
     Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər istiqamətində strateji mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
     Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Şiddətli döyüşlər zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri üstünlüyü ələ aldı. 
   
     Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı.

  Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Сənab İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində ölkəmizin ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı dövlət beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.

 Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti