GDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. 

      Elmi Şura öz işinə başlamazdan əvvəl universitetin rektoru Yusif Yusibov Anatomiya, fiziologiya və zoologiya kafedrasının əməkdaşı Günay Sadıqovanı “İnsan və heyvan fiziologiyası” ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edərək dosent attestatını təqdim edib.

       Bununla yanaşı  rektor Yusif Yusibov ölkənin ictimai-sosial həyatına verdiyi töhfə və aktiv fəaliyyətinə görə  “İlin Tələbə Gənclər Təşkilatı” adına layiq görülməsi münasibəti ilə universitetin Tələbə Gənclər Təşkilatının  sədri Fuad Dadaşovu təbrik edib və müvafiq diplomu təqdim edərək uğurlar arzulayıb.

     Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.

      Elmi şurada birinci məsələ- fakültələrdə payız imtahan sessiyasının yekunları ilə əlaqədar sənədlərin yoxlanması üçün yaradılmış komissiyaların ümumiləşdirilmiş məlumatına dair  Tədris departamentinin direktoru Elturan Yusifovun məruzəsi dinlənilib.

    Gündəlikdə duran növbəti məsələlər- Ümumi tarix, Fizika və İdarəetmə kafedralarının 5 illik fəaliyyətinə dair kafedra müdirlərinin hesabatları və komissiya sədrlərinin çıxışları dinlənilib.

     Gündəlikdə duran məsələlər müzakirə olunub. Şura üzvləri bütün məruzələri qənaətbəxş hesab ediblər.

      Rektor Yusif Yusibov tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, kitabxana bazasının zənginləşdirilməsi və tələbələr arasında məmnuniyyətin təmin edilməsi ilə bağlı görülməsi vacib olan məsələlərlə bağlı tapşırıqlar verib.

      İclasda Kəmalə Salmanovanın İnformatika və cəbr  kafedrasında dosent elmi adını almağa dair AAK qarşısında vəsatət qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul edilib.

     Elmi Şura cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti