GDU-nun Magistratura şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

     Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

     Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

     Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə açaraq  müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, çiçəklənməsi və qüdrətlənməsi naminə misilsiz xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb.

     Prorektor çıxışında dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması istiqamətində Ümumilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti nəticəsində əldə edilən uğurlardan bəhs edib.

     Universitetin Magistratura şöbəsinin müdiri Emin Yaqubov Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən ərtaflı danışıb.

    Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid   Bağırzadə ,,Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Ümumi tarix kafedrasının dosenti Etibar Musayev ,,Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli təhlükəsizlik siyəsətinin formalaşmasında və inkişafında rolu” məruzləri ilə çıxış ediblər.

    Tələbələr çıxışlarında ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğıdan, dövlət gənclər siyasətinin yaratdığı geniş imkanlardan danışıblar. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti