İdarəetmə strukturlarının fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması komissiyasının iclası keçirilmişdir
10 mart 2025-ci il tarixdə Gəncə Dövlət Universitetində İdarəetmə strukturlarının fəaliyyətinin monitorinqi, qiymətləndirilməsi və optimallaşdırılması Komissiyasının iclası keçirilmişdir. İclasda Komissiyanın iş prosesinin təşkili, fəaliyyət planının hazırlanması, vəzifə bölgüsü və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Komissiyanın sədri Gülcöhrə Tağıyeva iclasda bildirmişdir ki, yekunlaşan akkreditasiya prosesinin davamı olaraq, GDU-ya təqdim edilən tövsiyələrin icrasını təmin etmək məqsədilə fəaliyyət planının hazırlanması zəruridir. Komissiyanın sədri akkreditasiya prosesindən irəli gələn tövsiyələrin icrası üçün fəaliyyət planının hazırlanmasının vacibliyini vurğulamış, iş prosesinin təşkili, fəaliyyət planının hazırlanması, vəzifə bölgüsü və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Üzvlərdən Asif Cavadov, Afaq Qasımova və digər üzvlər çıxışlarında fəaliyyətlərin vaxtında, səmərəli şəkildə icrasının vacibliyini qeyd edərək komanda işinin əhəmiyyətini vurğulamışlar.
İclasın sonunda gündəlikdəki məsələlər səsverməyə çıxarılmış və fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilmişdir.