İspaniyanin “Universidad Católica San Antonio de Murcia” Universitetinə qəbul elan edilir

Əziz tələbələr, müəllim və doktorant heyəti,  

Gəncə Dövlət Universiteti Erasmus+  KA1 beynəlxalq kredit mobilliyi proqramı vasitəsilə İspaniyanin “Universidad Católica San Antonio de Murcia” Universitetində (2022-2023) təhsil almaq üçün mübadiləyə müraciətlərin qəbul olunduğunu elan edirik.    

Erasmus+ Universidad Católica San Antonio de Murcia müraciət prosedurlarını aşağıda tapa bilərsiniz. 

Təfərrüatlar aşağıdakılardır:

Uyğunluq:  

Gəncə Dövlət Universitetinin Biznesin idarə edilməsi, Müasir dillər, Tərcümə, İbtidai təhsil, İnşaat Mühəndisliyi, Kompüter Mühəndisliyi ixtisaslarında əyani təhsil alan tələbələr müraciət edə  bilərlər.  

  • Müraciət zamanı Universitetinin yuxarıda qeyd olunan bakalavr proqramlarınından hər hansı birində təhsil almalı;  
  • Universitetdə təhsilin ən azı birinci ilini bitirmiş olmalı;  
  • Ümumi orta bal göstəricisi 85 və ya daha yüksək olmalıdır;  
  • Azərbaycan Respublikasının vətəndaşı və ya Universitetində tam proqram üzrə təhsil alan əcnəbi tələbə olması;  
  • Son 6 ay ərzində heç bir intizam tənbehi olmamalı;  
  • İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar) və ya GDU tərəfindən dil bacarıqlarının yolmanılması təmin olunmalıdır. 

Necə müraciət etməli?  

Tələbələr üçün tələb olunan sənədlər:  

  • Europass CV 
  • Milli şəxsiyyət vəsiqəsinin surəti 
  • Transkript 
  • Şəkil (3×4) və tələbə vəsiqəsinin surəti  
  • İngilis dili biliyi sənədi (TOEFL, IELTS, Universitetin ingilis dili imtahanı, YDS, YOKDIL və ya ÖSYM tərəfindən qəbul edilən imtahanlar) və ya Ana Universitet tərəfindən verilən və tələbə şöbələrindən götürülə bilən sənəd 
  • Ərizə forması çap edilməli, imzalanmalıdır 

Müəllim və Doktorantlar üçün tələb olunan sənədlər:

Ərizə anket forması

Təhsil protokolu

Universidad Católica San Antonio de Murcia” Universitetində gələcək akademik rəhbər / şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyini ehtiva edən məktub. Bu namizədlər haqda məlumat əldə etmək üçün lmeijer@ucam.edu email ünvanına (bir CV və tədqiqat planı göndərməklə) müraciət edilməli;

CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edin:https://europass.cedefop.europa.eu/en/documents/curriculum-vitae/templates-instructions.iehtml;

– Bitmiş və / və ya cari təhsil dövrü üçün universitet qiymətlərini  göstərən qeydlərin transkriptlərinin surəti, elmi işi haqqında plan;

Maraqlananlar elana bütün məlumatları aşağıdakı keçidlərdə: 

https://international.ucam.edu/services/ori/incoming-students

Müraciət və əlavə məlumat üçün kontaktlar :

E-mail: ird@gsu.az

Ərizələr şəxsən GDU-nun Beynəlxalq Əlaqələr Şöbəsibə təqdim edilməlidir .  
  

Təqaüd: Aylıq məbləğ 850 Avro, səyahət üçün 820 Avrodur

Bütün sorğular 

 Ərizənin göndərilməsi üçün son tarix 15 aprel 2022-ci ildir.