Gəncə Dövlət Universitetində aprel döyüşlərinə həsr olunmuş tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetində “Aprel döyüşləri: Böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilmişdir.

          Tədbiri universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açdıqdan sonra torpaqlarımızın azad olunmasında şücaət göstərərək şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

          Sonra universitetin Biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Alverdiyev “Böyük qayıdışın başlanğıcı”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Aprel döyüşləri-Zəfərə gedən yol”, Biologiya-kimya kafedrasının baş müəllimi Zəhra Əliyeva “Şəhidlər ölməz, Vətən bölünməz” mövzularında məruzələrlə çıxış etmişlər.

          Tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə, eləcə də şəhid övladlarına universitetin xatirə hədiyyələri təqdim olunduqdan sonra, Biologiya-kimya və Filologiya fakültələri tələbələrinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.