Universitetin Xarici dillər fakültəsinin tələbəsi sınaq dərsini uğurla yekunlaşdırdı

Gəncə şəhər 31 nömrəli tam orta məktəbində Universitetin  Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Dursun Abbasovanın “Peşələr” mövzusunda sınaq dərsi keçirilmişdir.

Dərsdə GDU-nin Təcrübə və Karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri dosent əvəzi Elvin Atakişiyev, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova, məktəbin Tədris işləri üzrə direktor müavini Elçin Qurbanov, Alman dili müəllimi Pərvanə Hacıyeva, müəllim Mahnur Namazova və həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər.

Dərs müasir təlim metodlarına uyğun təşkil olunmuşdu, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələbləri tamamilə ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.