Maarifləndirici təlim keçirilmişdir

Gəncə Gənclər Evinin Psixologiya kursu və Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Ailə münasibətlərində psixologiya” mövzusunda təlimi uğurla başa çatdı.

04 və 05 aprel tarixlərində baş tutmuş təlimdə “Ailədən” , “Valideynlik və onun növlərindən” , “Ailə tərbiyəsinin uşağın şəxsiyyətinin formalaşmasında təsirindən” söhbət açılmışdır.

Təlimə 40-a yaxın gənc qatılıb.