Universitetin baza məktəbində tələbənin sınaq dərsi keçirildi

Universitetin Xarici dillər fakültəsinin təcrübəçi tələbələri rektorluğun 22.12.2021-ci il tarixli 4/164 saylı əmrinə əsasən  Gəncə şəhər Mir Cəlal Paşayev adına  39 nömrəli tam orta məktəbində pedaqoji təcrübədə iştirak edirlər. Universitetin   İngilis dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Abbasova Ayselin 10ç sinifində   sınaq dərsi keçirilmişdir.

Dərsdə GDU-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudov, 39 saylı orta məktəbin direktoru  Nizami Rzayev, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Qramatika və ingilis  dilinin tədrisi  kafedrasının müdiri dosent Mehdi Rəhimov, həmin kafedranın baş müəllimi Gülnaz Məmmədova,  həmin məktəbdə təcrübədə olan təcrübəçi tələbələr iştirak ediblər. Təcrübəçi tələbə sınaq dərsində mövzu ilə əlaqədar olaraq şagirdlərə geniş məlumat verdi, şagirdlərə test tapşırıqlarının qruplar arasında bölgüsünü apardı. Qalib qruplar təcrübəçi tələbə tərəfindən qiymətləndirildi.

Dərsin sonunda  Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Şahin Xurşudov dərsin müasir təlim metodlarına uyğun təşkil olunduğunu,  dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırıldı, qarşıya qoyulan tələblər tamamilə ödənildi.

Dərs yekunlaşdıqdan sonra təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsi təcrübə rəhbərləri tərəfindən yaxşı səviyyədə qiymətləndirildi. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verildi.