QİÇS-LƏ BAĞLI KONFRANS KEÇİRİLMİŞDİR

1 dekabr 2014-cü il tarixdə Gəncə  Dövlət Universitetində Tələbə Gənclər təşkilatının təşkilatçılığı ilə “Sağlam gələcək , sağlam gənclik ilə  gələcək!“ şüarı ilə Beynəlxalq QİÇS-lə mübarizə gününə həsr olunmuş  “Sağlam cəmiyyətin qurulmasında sağlam gənclik modelinin təşkilinə dair” mövzusunda  konfrans keçirilmişdir.

Konfrançı giriş sözü ilə tərbiyə işləri üzrə prorektor dosent Asif  Cavadov  açdı. Proqrama uyğun olaraq  “XXI əsrdə gənclər üçün təhlükə ola biləcək amillər. Onları yaradan səbəblər və həlli yolları” adlı birinci hissədə  Gəncə Regional Qadın Mərkəzinin rəhbəri Məleykə Əlizadə,  Gənclər üçün Təhsil Mərkəzinin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə mövzuyla bağlı ətraflı məlumat verdilər.

“QİÇS-lə mübarizə sahəsində görülən işlər, aparılan mübarizə, görülən  tədbirlər və nəticələr” adlanan ikinci bölmədə  həkim-terapevt, QİÇS sahəsində mütəxəssis Hacı Nəbiyevin,  Anatomiya, fiziologiya və zoologiya kafedrasının müdiri  Vəfa Məmmədovanın, Gəncə şəhər SOS uşaq kəndi, “Ailələrə dəstək” layihəsinin koordinatoru Mehriban Əhmədovanın məlumatları konfrans iştirakçılarının hədsiz marağına səbəb oldu.

“Gəncə Dövlət Universitetində “Sağlam gələcək, sağlam gənclikilə gələcək” aylığı çərçivəsində görülən işlər” adlanan üçüncü hissədə isə Gəncə Dövlət UniversitetininTələbə Gənclər Təşkilatının Sədr müavini, layihə rəhbəri Qulu Abdullazadənin, layihə koordinatoru Səriyyə Əliyevanın, layihə iştirakçısı Amil Məhərrəmovun  Layihənin ümumi məqsədi, görülən işlər haqqında məlumatları, eləcə də hesabatları dinlənildi.

Tələbələr adasında məlumat genişliyi, gərəkli tibbi tövsiyyələri ilə ciddi marağa səbəb olan konfrans Sosial-çarxın təqdimatı, layihə iştirakçılarının təltif olunma mərasimi ilə yekunlaşdı.