Qiyabi şöbənin V kurs tələbəsinin sınaq dərsi təşkil olunub
Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman ixtisasının V kurs tələbəsi Turqan Əliyevin Gəncə şəhəri 44 nömrəli məktəb-lisey kompleksində “Dözümlülük və çeviklik” mövzusunda sınaq dərsi təşkil edilib.
Dərsdə Qiyabi şöbənin dekanı İlqar Kubışev, Təcrübə və karyera şöbəsinin müdiri, dosent Cabbar Qarayev, Bədən tərbiyəsi və idman kafedrasının müdiri Şahnaz Qazaxova, Fiziki tərbiyə və gənclərin çağrışaqədərki hazırlıq kafedrasının müdiri Niyazi Nəbiyev, təcrübə rəhbərləri və təcrübəçi tələbələr, o cümlədən 44 nömrəli məktəb-lisey kompleksin direktor əvəzi Nazim Musayev, məktəbin fənn müəllimləri və şagirdlər iştirak ediblər.
Təcrübəçi tələbə 7-ci sinif şagirdləri arasında yarışlar təşkil edib. Qalib komanda məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla mükafatlandırılıb.
Dərs müasir təlim metodlarına uyğun təşkil edilib və qarşıya qoyulan tələblər lazımınca ödənilib.
Sonda təcrübəçi tələbənin təqdim etdiyi sınaq dərsləri məqbul qiymətləndirilib. Təcrübəçi tələbəyə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti