Əməkdaşımız İspaniyanın nüfuzlu universitetində mübadilə proqramında iştirak edib

Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin əməkdaşı Vüsalə İsgəndərova Erasmus+ KA1 layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya San Antonio Katolika Universitetində (UCAM) olub. Əməkdaşımız mübadilə proqramında iştirak edib.

  Mübadilə həftəsi proqramına 6 ölkənin (Ukrayna, Mərakeş, Fələstin, Niderland, Gürcüstan, Rusiya, Polşa) universitetlər üzrə nümayəndələri  qatılıblar.

   Təlimdə Vüsalə İsgəndərova Gəncə Dövlət Universitetinin tədris proqramları və ali təhsil ocağı haqqında geniş təqdimatla çıxış edib, Mursiya San Antonio Katolika Universitetinin  tədris korpusları və təhsil prosesi ilə yaxından tanış olub.  

Təlimlərdən sonra şəhərin tarixi-mədəni yerləri ziyarət edilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti