Bəsitçay Dövlət Təbiət Qoruğunda elmi tədqiqatlar aparılıb

Gəncə Dövlət Universitetinin Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova və kafedranın əyani aspirantı Vüsal Musayev elmi tədqiqatlar aparmaq məqsədilə Zəngilan rayonunun inzibati ərazisində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda olublar. Tədqiqatçılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq qrupunun və ANAMA əməkdaşlarının köməkliyi əraziyə baxış keçiriblər.

“Bəsitçay Dövlət Təbiət Qoruğunun ekoloji qiymətləndirilməsi və bərpası yolları” mövzusunda aparılan elmi tədqiqatda analizlər aparmaq üçün ərazidən nümunələr götürülüb.     

Qeyd edək ki, elmi tədqiqat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti