ŞƏXSİ İMKİŞAFLA BAĞLI SEMİNAR
Tələbələrin şəxsiyyət kimi formalaşmaları, özünü dərk, öhdələrinə düşən məsuliyyəti anlama, gələcəyin həm layiqli mütəxəssisi, vətandaşı olaraq yetişmələri həmişə ciddi məsələ kimi diqqət mərkəzində olmuşdur. Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı məhz bu məsələ ilə bağlı təlimlər,seminarlar təşkil edib həyata keçirmişdir. 22 oktyabr 2016-cı il tarixdə keçirilən gənclərin şəxsi inkişafı ilə bağlı seminar da növbəti tədbirlərdən biridir.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov giriş sözündə tələbələrə görülən işlər haqqında məlumat verib növbəti seminarın əhəmiyyətini açıqladı. Günel Paşayeva şəxsi inkişaf, onun mahiyyəti, gənclik üçün ictimai faydalılığından bəhs etdi. Tələbələrin özlərinə inamın artırılması, inkişaf prosesində qarşıdan duran problemlər və həmin problemin aradan qaldırılması yolları, məqsədin aydınlığı və ona çatmaq istəyinin reallaşması uğrunda iradəlilik məsələlərinə diqqət yetirdi.
Qoyulan məsələ ətrafında müzakirələr, müxtəlif rəylər və bu rəylərə münasibət gənclərin fəallığını artırmaqla, onların ciddi marağına səbəb oldu.