TƏDRİS ELEKTRON MƏRKƏZİ
Tədris Elektron Mərkəzi 2001-ci ildən fəaliyyət göstərir. Mərkəz fəaliyyət göstərdiyi müddətdə universitetin fakültə və kafedralarında tədris–metodiki işlərin, elektron imtahanların təşkilinə rəhbərlik edir. Universitetdə fəaliyyət göstərən ixtisasların tədris planları və proqramlarının yaradılması, təkmilləşdirilməsi, imtahan cədvəllərinin hazırlanması üzrə bütün işləri istiqamətləndirir. Tədris Elektron Mərkəzi dərs yüklərinin kafedra üzrə bölgüsünə və yerinə yetirilməsinə nəzarət edir.
Elturan Cahad oğlu Yusifov – mərkəzin müdiri, iqtisad üzrə fəlsəfə doktoru
1974-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1992-1997-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almış, 2011-ci ildə isə Gəncə Dövlət Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildən GDU-nun tədris hissəsində dispetçer, 2003-cü ildən tədris-metodika şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Ünvan: Heydər Əliyev prospekti, 429
Telefon: (+99422) 256-32-56
E-mail: elturan.yusifov@gmail.com