“Təlim mərhələləri və müəllim bacarıqlarının rolu. Motivasiya, müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələri” mövzusunda təlim
Gəncə Dövlət Universitetində “Müasir təlim texnologiyalarından istifadəyə dair” problemlə bağlı 29.10.2025-ci il tarixdə “Təhsilin pedaqogikası və metodikası” kafedrasında “Təlim mərhələləri və müəllim bacarıqlarının rolu. Motivasiya, müəllim səriştəsinin gücləndirilməsinin üsul və vasitələri” mövzusunda təlim keçirildi.
Təlimdə kafedranın professor-müəllim, tədris-köməkçi heyəti və maraqlı tərəfin nümayəndələri iştirak edirdilər. Təlim-Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Bayram Apoyevin və müəllim Günel Aslanovanın təqdimatında baş tutdu.
Təlimin məqsədinin müəllimlərin təlim mərhələləri haqqında anlayışını dərinləşdirmək, müəllim bacarıqlarının təlim prosesindəki əhəmiyyətini və rolunu vurğulamaq, motivasiyanın müəllimlərin peşəkar səriştəsinin artırılmasındakı yerini və metodlarını öyrətmək, təlim və motivasiya vasitələrinin effektiv tətbiqini təmin etməkdən və s. ibarət olunduğu vurğulandı.
Təlimçilər, interaktiv metodların ( debat, test tapşırıqları və s.) qarşılıqlı əlaqəsindən və müvafiq rəqəmsal resurslardan istifadə edərək dinləyicilərin fəallığının təmin edilməsinə və məqsədə nail olmaqla yekunlaşdı.





