Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir
Gəncə Dövlət Universitetində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Ümummili Lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan gəncliyinə nümunədir” mövzusunda tədbir keçirilib.
Universitetin Heydər Əliyev Muzeyində təşkil edilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva çıxış edərək Ulu Öndər Heydər Əliyevin gənclərə nümunə olan şərəfli həyat yolu, zəngin və çoxşaxəli siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə dövlətçilik ənənələrinin zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümümilli Lider Heydər Əliyevin yorulmaz və səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.
Təbdirdə rektorun baş müşaviri Asif Cavadov və Ümumi tarix kafedrasının baş müəllimi Nərgiz Rəsulova və çıxış edərək mövzu ətrafında ətraflı danışıblar. Qeyd edilib ki, ölkəmizdə hərtərəfli tərəqqinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Hazırda bu siyasət Ulu Öndərin layiqli davamçısı dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti