Azərbaycanın növbəti diplomatik uğuru – Münxen Konfransı

Münxen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.

Cari ilin 18 fevral tarixində Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransına dəvət alması və konfrans çərçivəsində müxtəlif tədbirlərdə iştirakı, önəmli görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir.

Tarixdə ilk dəfədir ki, Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürdülər.

Münxen Təhlükəsizlik Konfransında dövlətimizin başçısı Cənab İlham Əliyev 30 illik işğal və postmünaqişə dövründə Azərbaycanın ədalətə, beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə bir daha tədbir iştirakçılarına geniş məlumat verdi, ölkəmizin iqtisadi qüdrətinə, enerji potensialına, logistika və nəqliyyat imkanlarına diqqət çəkdi. Dövləti başçısı Cənab İlham Əliyev bildirdi ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı. Prezident İlham Əliyev hələ də “Dağlıq Qarabağ” ifadəsini işlədən şəxslərə dəqiq cavab verdi. Prezidentimiz, həmçinin Qarabağda yaşayan ermənilərin blokada şəraitində olması ilə bağlı əsassız iddialara da münasibət bildirdi, əsl həqiqəti iştirakçıların diqqətinə çatdırdı.  

Laçın-Xankəndi yolundakı ekofəalların aksiyasını şərh edən Prezident İlham Əliyev bunun blokada olmadığını, sərvətlərimizin qanunsuz istismarının dayandırıılmasına xidmət etdiyini və buna nail olunmayana qədər ictimai fəallarımız şərəfli missiyasından əl çəkməyəcəklərini söylədi. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti