GDU-nun fakültələrində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilib

20-ci əsrin ən dəhşətli qırğını olan Xocalı soyqırımının növbəti il dönümündə Gəncə Dövlət Universitetində silsilə tədbirlər təşkil edilib.

     Universitetinin Fizika və texniki fənlər, Riyaziyyat-informatika fakültələrinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

      Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilib.
    Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlərdən və Xocalı soyqırımından ətraflı danışıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı üzərinə ağır hərbi texnika yeridərək dinc əhaliyə qarşı misli görülməmiş erməni qəddarlığından söhbət açıb.

      Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev və Riyaziyyat-informatika dekanı Oruc Hüseynov çıxışında Xocalı faciəsinin dövlət tərəfindən dünya ictimaiyyətinə layiqincə çatdırılması istiqamətində həyata keçirilən mühüm işlər barədə danışıblar.

      Xocalı soyqırımına həsr edilən növbəti tədbir universitetin İqtisadiyyat-idarəetmə və Pedaqoji fakültələrində təşkil edilib.

       Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

    Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva  çıxış edərək Xocalı soyqırımında törədilən ağır cinayətlərdən ətraflı danışıb. Qeyd edib ki, bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə qoymuşdur.

    Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın informasiya blokadasından çıxaraq, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması barədə danışıblar.

        Sonda tələbələrin ifasında Xocalı faciəsi ilə bağlı vətənpərvərlik mövzsunda mahnılar ifa edilib, şeirlər səsləndirilib və səhnəcik nümayiş etdirilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti