YAP GƏNCLƏR BİRLİYİNİN YENİ LAYİHƏSİ

 

Gəncə Dövlət Universitetinin YAP Gənclər birliyi yeni festival layihəsi hazırlamışdır. Layihənin reallaşması üçün Gəncə şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının gənclər birliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, “Gəncə Avropa Gənclər Paytaxtı” İctimai Birliyi, Məhsəti Gəncəvi Mərkəzi, Gəncə Dövlət Universitetinin rəhbərliyi və Tələbə Həmkarlar İttifaqı Komitəsi, Park Bulvar Kompleksi təşkilati dəstəyini göstərəcəkdir.

Gənclərdə incəsənətə marağın artması, mənəvi istirahətin formalaşması, şəhər səviyyəsində gənclərin təşəbbüskarlığı ilə festival ənənəsinin genişləndirilməsi layihənin əsas məqsədidir. Layihəyə uyğun olaraq 15 mart 2016-cı il tarixdə Park Bulvar kompleksində keçiriləcək festivalda Gəncə Dövlət Universitetində təhsil alan tələbələrin əl işlərindən ibarət sərgi nümayiş etdiriləcək, şəhər ictimaiyyətinin bayramı zəngin repertuarlı `konsertlə təbrik ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × one =