RİYAZİYYAT FƏNNİNDƏN SINAQ DƏRSİ

Gəncə Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbələrinin bir hissəsi Gəncə şəhər N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə istehsalat təcrübəsi keçməkdədir. Tələbələr əldə etdikləri nəzəri bilikləri şagirdlərə ustalıqla, müasir tələblər əsasında çatdırmaq üçün indidən səylə çalışır, yüksək səviyyədə sınaq dərsləri keçirirlər.

04 aprel 2016-cı il tarixdə həmin qrupun tələbəsi Mirzəyeva Lalənin 8-ci sinifdə riyaziyyat fənnindən “Ədədi aralıqlar. Bərabərsizlik” mövzusunda açıq dərsi dinlənilmişdir. Sinif müəllimi Aybəniz Cəfərova, Pərvin Mustafayeva dərsin təhlili zamanı tələbələrin pedaqoji təcrübəyə məsuliyyətlə yanaşdıqlarını, öz üzərlərində daim çalışdıqlarını, müəllimlik peşəsini öyrənməyə səy göstərdiklərini xüsusilə vurğuladılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 5 =