ƏMƏKDAŞLARIMIZ FRANSADA

Gəncə Dövlət Universiteti ilə Fransanın Mülhuz şəhərinin Yuxarı Alzas Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 05-08 dekabr 2016-cı il tarixdə Gəncə  Dövlət Universitetinin bir qrup əməkdaşı – rektorun baş müşaviri dosent Asıf Cavadov, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov Yuxarı Alzas  Universitetində təşkil olunmuş “Qafqazın timsalında Multikulturalizm, mədəniyyətlərarası münasibətlər və kompleks yanaşma” mövzusuna həsr olunmuş konfransda iştirak etmişlər.

Konfransda  dosent Asif Cavadov, dosent Əjdər Əsgərov də çıxış edərək Azərbaycanda bu məsələ ilə bağlı mövcud vəziyyət, eyni zamanda görülən xoşməramlı, çoxsaylı tədbirlər haqqında geniş məlumat vermişlər. Məhərrəm Orucov isə elmi komitənin üzvü seçilmişdir.

Konfransın işində Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov və  səfirin humanitar  işlər üzrə müavini də iştirak etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =