NÖVBƏTİ “AÇIQ QAPI”  GÜNÜ

10 dekabr 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində imtahanların gedişatı ilə tanış olmaq üçün növbəti “Açıq qapı” gününün iştirakçıları İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alan tələbələrin valideynləri oldular. Onlar Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyevanın,  rektorun baş müşaviri dosent Asif Cavadovun və kütləvi informasiya vasitələrinin nümayəndələrinin  iştirakı ilə  böyük həvəslə imtahan otaqlarını gəzmiş, yaradılan şəraitlə yaxından tanış olmuş, övladlarının kömpüterdə test suallarına cavab vermələrini müşahidə etmişlər. Səliqəli, istiliklə tam təmin edilmiş, müasir texniki vasitələrlə təchizatlı imtahan otaqları, hər tərəfdə hökm sürən sakitlik, nəzarətçilərin fəaliyyəti hər bir valideynin ürəyindən xəbər vermişdir.

Valideynlər  tələbələrin şikayətlərini, suallardan narazılıqlarını araşdırmaq üçün yaradılmış “Apelyasiya komissiyası”nın, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədinə xidmət edən  “İmtahan qərargahı”nın fəaliyyəti  ilə də tanış olmuşlar.

“Açıq qapı” günündə 30-a yaxın valideyn iştirak etmişdir. Gəncə şəhərindən və ətraf rayonlardan gəlmiş atalardan Vidadi Mehdiyev, Vaqif Süleymanov, Osman İsgəndərov, Elmir Əliyev, Namiq Pənahov, Aqil Qənbərov, İlqar Nəcəfov, Bilal Mirzəzadə, analardan Ətrabə Məmmədova, Sədaqət Abbasova, Sabirə Bayramova, İlhamə Mirzəyeva, Rəna Məmmədova,  Rəfiqə Zeynalova, nənələrdən Xeyrənsə Əsgərova, Mahirə Ələsgərova, Ziyafət Cəfərova müşahidə etdiklərindən olduqca razı qaldıqlarını bildirib, belə bir şəraiti yaradan, Universitetdə təhsil alan övladlarının biliklərinin obyektiv, şəffaf qiymətləndirilməsi üçün göstərilən qayğıya görə rəhbərliyə, xüsusən rektor, professor Yusif Yusibova öz minnətdarlıqlarını bildirdilər.

Sonda valideynlərlə birgə Ulu öndər Heydər Əliyevin əzəmətli  büstü önündə xatirə şəkil çəkdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =