TƏLƏBƏLƏR EKSKURSİYADA

         Ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.18 aprel   Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz parçası, çoxəsrlik tarixi keçmişindən  yadigar qalan tarixi və mədəniyyət abidələrini tələbələrə tanıtmaq məqsədi ilə Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsüylə  tələbələrin  iştirakı ilə  ekskursiyalar təşkil olunmuşdur.

İlk ekskursiya Gəncə İmamzadə dini-memarlıq kompleksi ilə tanışlıqla başladı. Kompleksintarixiiləyaxından tanış olan tələbələr daha sonra Gəncə Dövlət Mədəniyyət Qoruğuna ekskursiya etdilər. Tələbələrə qoruğun ərazisində yerləşən Comərd Qəssab türbəsi, Qala divarları, Qala qapıları haqqında geniş məlumat verildi.

Tələbələrin  qədim Gəncənin tarixi abidələriylə  bağlı geniş məlumatlar əldə etmələri məqsədi ilə belə maarifləndirici ekskursiyaların mütəmadi keçirilməsi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =