Gəncə Dövlət Universitetində keçirilən Elmi şurada təhsil müəssisəsinin uğurları müzakirə edilib

Gəncə Dövlət Universitetində (GDU) Elmi şuranın növbəti iclası keçirilib.
Təhsil sahəsindəki dövlət siyasətinin reallaşdırılması, təhsil prosesi üzrə ümumi metodiki fəaliyyətin təşkili məqsədi ilə keçirilən iclasda sədr, professor Yusif Yusibov və şura üzvləri iştirak ediblər.
Bildirilib ki, 2016-2017-ci tədris ilində Elmi şura müəyyən edilmiş vəzifələrə uyğun olaraq universitetin təhsil sahəsindəki fəaliyyətinin yüksəldilməsi üçün Dövlət Təhsil Standartlarının təkmilləşdirilməsində iştirak edib, fakültələrin fəaliyyətinə nəzarəti həyata keçirib.
Tədris ilində Elmi şurada müvafiq fakültə və şöbələrin hesabatları dinlənilib, fənn proqramlarının hazırlanması, fakültələrarası fəaliyyətin əlaqələndirilməsi diqqətdə saxlanılıb. Eləcə də təlim və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə açıq dərslər təşkil edilib, analitik monitorinqlər aparılıb, yeni təlim texnologiyalarını tətbiq etmək, fakültələrdə Dövlət Təhsil Standartlarının tələbinə uyğun olaraq dərslik, dərs vəsaiti, digər metodiki ədəbiyyatın yazılmasına və nəşrinə köməklik etmək üçün çoxsaylı funksiyalar həyata keçirilib
Sonra bölmələrin fəaliyyəti haqqında hesabatlar müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Elmi şuranın sədri, rektor, professor Yusif Yusibov Vaqif Novruzovu AMEA-nın müxbir üzvü, Saidə Tağıyevanı və Aynur Qasımovanı fəlsəfə doktoru, Aynur Məmmədovanı və Fərqanə Qasımovanı isə dosent elmi adı almaları münasibəti ilə təbrik edib.
Universitetin bilik və idman yarışlarında fəal iştirak edən bir qrup tələbəsini diplom və hədiyyələrlə mükafatlandıran Yusif Yusibov sonda Elmi şura iştirakçılarına elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 17 =