Gənclər üçün təlim: “Özünü kəşf et”

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Özünü kəşf et” mövzusunda təlim keçirilib.
Təlimçi Günel Paşayeva gənclərin dünyagörüşünə, həyatına və fərdi inkişafına xidmət edən “Özünü kəşf et” , “Öz fərqindəlik” , “Fərdi İnkişaf” və “Motivasiya” mövzularında olan təlimi ilə tələbələrdə ciddi maraq yaratmağa nail olub.
Təlim müddətində komandalar yaradılıb, mövzularla bağlı maraqlı oyunlar keçirilib. Fərdi inkişafın dərk edilməsinə yardımçı suallar əsasında yarışlar təşkil olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 6 =