Universitetin baza təhsil müəssisəsi olan uşaq bağçaları ilə əməkdaşlığı davam edir

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə şəhərin 2 saylı uşaq bağçasında “Müəllim və tərbiyəçilərin psixoloji maarifləndirilməsi” mövzusunda seminar təşkil edilib.

Universitetin baza-təhsil müəssisəsi olan bağçada keçirilən tədbirdə Təcrübə və karyera şöbəsinin, Psixologiya kafedrasının əməkdaşları, eləcə də magistrlər və Pedaqoji fakültənin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının I kurs tələbələri iştirak ediblər.

Seminarda universitetin müəllimləri tərəindən uşaqlar üçün inkişafetdirici proqramın hazırlanması və onlardan istifadə, psixi pozğunluqların simptomatikası, inkişafdan geridəqalma məsələləri və uşaqların xüsusi qabiliyyətlərinin üzə çıxarılması mövzusunda ətraflı məlumat verilib.

Tədbirdə çıxış edənlər Gəncə Dövlət Universiteti ilə məktəbəqədər tərbiyə müəssisələri arasındakı əməkdaşlığın faydalarından danışıblat. Onlar bu cür tədbirlərin bağçalarda fəaliyyət göstərən pedaqoji- köməkçi heyətin peşəkarlıq bacarıqlarının inkişaf etdirilməsi baxımından zəruriliyini qeyd ediblər.

Sonda bağçanın müəllim və tərbiyəçiləri tərəfindən uşaqlar üçün əyləncəli proqram təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine − seven =