Veteran idmançı-müəllim tennis üzrə Avropa birinciliyinə vəsiqə qazanıb

Gəncə Dövlət Universitetinin Bədən tərbiyəsi və idman kafedrasının müdiri İlham Ağayev Bakı şəhərində veteranlar  arasında keçirilən tennis üzrə Respublika birinciliyinin qalibi olub və Avropa birinciliyinə vəsiqə qazanıb.

Həmin kafedranın baş müəllimi Tural Əliyevin rəhbərlik etdiyi futbol komandası isə Bakı şəhərində universitetlər arasında keçirilən futbol yarışında ikinci yerə layiq görülüb.

Universitetin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, kafedra əməkdaşları əldə etdikləri uğurları münasibətilə ali təhsil müəssisəsinin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıblar.

Universitetin  coğrafiya kafedrasının baş müəllimi Saidə Quliyeva  və Ümumi tarix kafedrasının baş müəllimi Əziz Məmmədova  isə yubileyi münasibəti ilə mükafat  təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − two =