TƏLƏBƏLƏRİN KONSERT TİPLİ AÇIQ DƏRSİ

Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə Pedaqoji fakültənin Musiqi fənnlər kafedrasında təhsil alan tələbələrin açıq dərsi təşkil olunub.

Açıq dərsi 39 saylı tam orta məktəbin müəllim və şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti dinləyib.

Tələbələr Azərbaycan xalq mahnıları  “Sarı gəlin” , “Uzun dərə”,“Yaman könlümə düşmüsən”, həmçinin Azərbaycan bəstəkarlarının musiqilərindən  ibarət “Popuri” , “Dinlə məni sevgilim” , “Məhəbbət haqqında mahnı” , “Ədalət bumu dünya” , “Yağış yağır sevgilim” adlı mahnıları ifa ediblər. Pedaqoji fakültənin tələbələri “Şən rəqs” də nümayiş etdiriblər.

Musiqi fənnlər kafedrasının baş müəllimi Nüşabə Seyfullayeva bildirib ki, hər bir açıq dərs təcrübəçi tələbə üçün böyük məsuliyyətdir. Çünki, bu cür dərslərin təşkili tələbənin bir növ özünü təqdim etməsidir.

Sonda Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev konsert proqramının təşkilində əməyi keçən bütün müəllim və tələbələrə təşəkkürünü bildirərək onlara uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 4 =