GƏNCLƏR ULU ÖNDƏRİN SİYASİ İRSİNİ ÖYRƏNİRLƏR

Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə universitetin Tarix-coğrafiya  fakültəsinin tələbələrinin Gəncə Heydər Əliyev Park Kompleksinə ekskursiyası təşkil edilib.

Tələbələrin komplekslə ilk tanışlığı Heydər Əliyev Mərkəzindən başlayıb. Tələbələrə dövlət gənclər siyasətinin əsas prinsipləri izah olunub və bu istiqamətdə respublikamızda, xüsusən də Gəncə şəhərində həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında ətraflı məlumat verilib.

Sonra tələbələr mərkəzin bələdçiləri vasitəsilə ölkəmizin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti, həmçinin Nizami yurdunun son illərdə keçdiyi sürətli inkişaf yolunu özünü əks etdirən Heydər Əliyev Park Kompleksi və Mərkəz haqqında dolğun məlumat toplayıblar.

Ekskursiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin müxtəlif məqamlarını, xüsusilə Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =