“İlin kafedrası” nominasiyasının qalibləri müəyyən olub

Gəncə Dövlət Universitetində (GDU)“İlin kafedrası” nominasiyasının qalibləri müəyyən olub.

GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə universitetdə keçirilən Elmi Şurada “Elm aylığı”nın nəticələri haqqında hesabat məruzəsi ilə çıxış edib və ətraflı məlumat verib.

Pərvin Kərimzadə bildirib ki, nominasiya üzrə qalibin müəyyənləşdirilməsi üçün bütün kafedralarda nəşr olunan elmi əsərlərin monitorinqi aparılıb. Yekun nəticəyə görə universitetin Azərbaycan və dünya ədəbiyyatı, Botanika və Kimya kafedraları “İlin kafedrası” nominasiyasının qalibi olublar.

Qalib kafedraların müdirlərinə Fəxri fərman və fərqlənmə nişanı verilib.