MİLLİ DİRÇƏLİŞ GÜNÜ VƏ BEYNƏLXALQ TƏLƏBƏ GÜNÜ MÜNASİBƏTİLƏ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ TƏDBİR KEÇİRİLİB

Xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü Azərbaycan müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

17 noyabr – Milli Dirçəliş Günü münasibətiilə Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Humanitar məsələlər üzrə prorektoru dosentGülsüm Fətəliyeva bildirib ki, mənəvi əsaslarını və başlanğıcını  XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər HeydərƏliyevin siyasi uzaq görənliyi və müdrikliyi ilədönməz xarakter alıb, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünü dərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verib.Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başlayıb. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoyub. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişib. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı olub.

Tədbirdə çıxış edən Azərbaycan tarixi kafedrasının müəllimi Nurlana Həmzəyeva və Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov qeyd ediblər ki, keçən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqlar sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hisslər ialovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Məruzəçilər çıxışlarında onu da vurğuladılar ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirilib. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

Tədbirdə həmçinin Beynəlxalq Tələbə Gününün tarixindən də söhbət açılıb. Qeyd edilib ki, bu günün yaranmat arixiq anlı hadisələrlə bağlıdır.

Beynəlxalq tələbə günü gənclik romantika şənlik günü kimi qəbul edilsə də onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. Faciəvi hadisələr 28 oktyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada baş verib. Respublika günü münasibəti ilə küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalıb. Anoloji hadisələrin qarşısının alınması məqsədi ilə 1200 tələbə həbs edilərək konslaqerlərə aparılıb.Tələbə hərəkatının 9 fəal üzvü məhkəmənin hokum olmadan edam olunub. Adolf Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılıb.

İllər sonra bu hadisələrin günahsız qurbanları olan tələbələrin xatirəsini əbədiləşdirmək məqsədilə 1946-cı ildə Praqa şəhərində tələbələrin ümumdünya konqresində 17 noyabr “Beynəlxalq Tələbə Günü” kimi təsis edilib.

Tədbirin bədii hissəsində ali təhsil ocağının tələbələrinin ifasında Azərbaycana və tələbələrə həsr edilən mahnılar və şeirlər səsləndirilib.