Qalib tələbələr mükafatlandırıldı

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı tələbələrin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün maraqlı layihələr həyata keçirir.  Bilik yarışları, inşa yazıları artıq ənənə şəklini almışdır. 31 Mart Azərbaycanlıların Soyqrım Gününə həsr edilmiş inşa müsabiqəsi və fakültələr arası keçirilən intellektual yarış daha maraqlı olmuşdur

31 Mart Azərbaycanlıların Soyqrım Gününə həsr olunmuş inşa yazı müsabiqəsində I yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Nəzrin Abdullayeva,II yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Nərmin Əlizadə və Filologiya fakültəsinin tələbəsi Ayşən Dəmirova, III yerə Riyaziyyat və informatika fakültəsinin tələbəsi Aygün Əliyeva  İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi İnqilablı Fuad  sahib olmuşdur.

Fakültələr arası keçirilən intellektual yarışda I yerə Tarix-coğrafiya fakültəsi,II yerə Fizika və texniki fənlər fakültəsi ilə İqtisadiyyat və idarəetmə fakültəsi,III yerə Biologiya-kimya fakültəsini təmsil edən komandalar sahib olmuşdur.

11 may 2017-ci il tarixdə rektorun baş müşaviri dos.Asif Cavadov  müsabiqə qaliblərini qəbul etmiş, təhsildə, sonrakı müsabiqələrdə uğurlar diləmiş, onları diplom və hədiyyələrlə mükafatlandırmışdır.