YENİ QƏLƏBƏ NAMİNƏ

Enactus–Tələbələrin Azad Sahibkarlıq Fəaliiyəti Respublika universitetlərində genis yayılmış ictimai təşkilatdir. Kecən il Gəncə Dövlət Universitetinin  Enactus komandası 4 layihə ilə cixis edib, ən yaxsı social layihə nominasiyasının qalibi və “Enactusun ruhu” kubokuna sahib cıxmışdır.

Hal-hazırda 2016-2017-ci il üçün  Enactus Milli Cempionatının hazırlıq mərhələsinə start verilmişdir. Bu məqsədlə komandanın üzvləri ilə birinci kurs tələbələrinin görüşü keçirilmişdir. Görüşdə Mobil Qarayev komandanın  indiyədək olan fəaliyyəti, rəhbərlik tərəfindən onlara göstərilən diqqət və qayğı haqqında geniş məlumat verdi. Tələbələri gələcək həyatlarında onlara xeyli yardımçı ola biləcək təcrübə qazanmaga və bu imkandan səmərəli istifadə etməyə,  yeni qələbə naminə birgə fəaliyyət göstərməyə səslədi.