Əcnəbi vətəndaşların GDU-ya qəbulu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Gəncə Dövlət Universiteti xarici ölkə vətəndaşları (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir.
Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura və doktorantura səviyyələri üzrə isə 1500 azn təşkil edir. Əlavə heç bir ödəniş tələb olunmur!
Bakalavriat səviyyəsində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Elektron ərizə/anket forması;
- Təhsil haqqında ATTESTATın azərbaycan dilinə tərcümə ilə notarial qaydada təsdiq olunmuş surəti (əsli ilə birlikdə);
- Ümumi sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
- Təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
- Tərcümeyi-hal (CV);
- 3×4 ölçüdə 4 ədəd fotoşəkil.
Qeyd: Təhsilin magistratura və doktorantura səviyyələrinə daxil olmaq istəyən şəxslər əlavə olaraq ali təhsili təsdiq edən diplomu və diploma əlavəni Azərbaycan dilinə tərcümə olunub notarial qaydada təsdiq etməlidir.
Müraciət vaxtı:
Tədris ili üzrə sənədlər 15 iyul – 19 sentyabr 2025-ci il tarixlərində qəbul edilir. Ərizəçi ərizə formasını tam doldurmalı və tələb olunan bütün sənədləri aşağıda qeyd olunan e-mailə göndərməli və ya birbaşa təqdim etməlidir. Əks halda müraciət etibarsız hesab olunacaqdır.
Məsul şəxs: Ruslan Məmmədov-Beynəlxalq əlaqələr şöbəsinin müdiri
E-mail: info@gdu.edu.az ; ruslan_mammadov@gdu.edu.az
Əlaqə telefonu: (+99422)256-73-13; Mob.: (+99455) 222-05-12
Sənədlərin icra vəziyyəti:
Qəbul olunmuş ərizəçi 3 (üç) iş günü ərzində rəsmi qaydada e-mail vasitəsi ilə xəbərdar olunacaq. * Qəbul haqqında ərizəçiyə xəbərdarlıq edildikdən sonra sənədlərin əsli Gəncə Dövlət Universitetinə ərizəçi tərəfindən şəxsən təqdim olunmalıdır. Müsahibədə iştirak məcburidir!
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ REKTORLUĞU


