ƏCNƏBİ VƏTƏNDAŞLARIN QƏBULU ELAN EDİLİR
Gəncə Dövlət Universitetində təhsil almaq üçün əcnəbi vətəndaşların qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2015-ci il tarixli 125 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun olaraq Gəncə Dövlət Universiteti xarici ölkə vətəndaşları (əcnəbilər) üçün heç bir imtahan vermədən, yalnız attestatla təhsilin bakalavriat, bundan əlavə müvafiq ali təhsili təsdiq edən diplomla magistratura və doktorantura səviyyələri üzrə tələbə qəbulu elan edir.
Təhsil haqqı bakalavriat səviyyəsi üçün 1000 azn, magistratura və doktorantura səviyyələri üzrə isə 1500 azn təşkil edir. Əlavə heç bir ödəniş tələb olunmur!
TƏLƏB OLUNAN SƏNƏDLƏR:
Bakalavriat, magistratura və doktorantura (əlavə sənədlər tələb oluna bilər) səviyyələrində təhsil almaq üçün universitetə müraciət edən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• təhsil müəssisəsi rəhbərinin adına ərizə;
• elektron ərizə forması; Bakalavr, Magistr (Nümunə)
• əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
• ümumi sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayışlar;
• təmsil etdiyi ölkənin ümmumvətəndaşlıq pasportu;
• tərcümeyi-hal (CV);
• 3×4 ölçüdə 6 ədəd fotoşəkil;
• fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
Məsul şəxs: Ruslan Məmmədov-Beynəlxalq əlaqələr şöbəsinin müdiri
E-mail: ird@gsu.az ruslan.mammadov@gdu.edu.az
Əlaqə telefonu: (+99422)266-01-56; Mob.: (+99455) 222-05-12
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ REKTORLUĞU