Əcnəbilərin 2021/2022-ci tədris ili üzrə GDU-ya qəbulu yekunlaşdı

Gəncə Dövlət Universitetində təhsil almaq üçün xarici ölkə vətəndaşları ilə görüş təşki olundu. Görüşdə ərizəçilərin sənədləri və onlarla müsahibəni unversitetdə yeni tərkibdə yaradılan əcnəbilərin qəbulu Komissiyası təşkil etdi. Sözügedən Komissiyanın tərkibi: Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, İnnovasiya Deportamentinin direktoru Vasif Həsənov, Tədris departamentinin direktoru Elturan Yusifov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov, Hüquqşünas Günay Şirinova və Baş mühasibin müavini Rəvan Əzizov kimi formalaşdırılmışdır. Görüşdə çıxış edən universitetin prorektoru Pərvin Kərimzadə tolerant və multikultural ənənələri ilə  seçilən ölkəmizdə, həmçinin Gəncə şəhərində əcnəbi tələbələr üçün yaradılan şəraitdən söz açıb. Prorektor multikulturalizm ənənələrinin Azərbaycanın dövlətçilik prinsiplərində aparıcı olmasının əsaslarının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Ötən tədris ilində Gəncə Dövlət Universitetində müxtəlif xalqlara mənsub əcnəbi tələbələrin təhsil almasını peşəkar mütəxəssis hazırlanması istiqamətində aparılan düzgün təbliğat kimi dəyərləndirib.

Bu il  11 nəfər əcnəbi tələbənin GDU-da təhsil almaq üçün müraciət etdiyini deyən dosent Pərvin Kərimzadə qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli qərarı ilə təsdiq edilib. Məhz həmin qərara əsasən Gəncə Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr öz təhsillərini təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən davam etdirəcəklər.

Bildirilib ki, Gəncə Dövlət Universitetinin fiziki şəxslərlə birbaşa bağladığı müqaviləyə əsasən bu il Türkiyə, Rusiya və Gürcüstandan olan gənclər öz təhsillərini bu ali təhsil müəssisəsində davam etdirəcəklər.