Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Milli İstiqlal Şairi Əhməd Cavad” adlı esse müsabiqəsi

Gəncə Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş “Milli İstiqlal Şairi Əhməd Cavad” adlı esse müsabiqəsi elan edilir.Müsabiqədə iştirak etmək istəyən tələbələr esselərini 27 dekabr 2022-ci il tarixinədək tec@gdu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqənin şərtləri:

  • Yazılmış esselər Azərbaycan dilində olmalıdır
  • Əvvəl hər hansı platformada yayımlanmamalıdır.
  • Hər müəllif yalnız bir yazı ilə iştirak etməlidir. 

Yazının tərtibinə qoyulan tələblər:

Mətnin formatı: “Microsoft Word” 

Yazının şrifti: Arial, 14

Yazının həcmi: 1000 sözədək

Sətirlərarası məsafə: 1,5

Əlavə olaraq faylın sonuna müəllifin adı, soyadı, atasının adı, ixtisası, kursu və əlaqə nömrəsi qeyd olunmalıdır.

Müvafiq yerləri tutan qaliblərə diplom və hədiyyələr təqdim olunacaqdır.