“18 İyun- İnsan hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində  “18 İyun- İnsan hüquqları günü”nə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında ilk dəfə 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə məhz həmin tarixi gün – iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü elan edilib. Prorektor onu da vurğulayıb ki, ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub.

Tədbirdə universitetin Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “İnsan hüquqları haqqında beynəlxalq konvensiyalar”, müəllim Ramin Əliyevin “İnsan hüquqlarının qorunmasında “insan inkişafı konsepsiyası”nın əhəmiyyəti”, Gəncə Dövlət Universitetinin hüquq məsləhətçisi Günay Şirinovanın “ İnsan hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir” mövzularında məruzələri dinlənilib.

Gəncə Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova  və Kimya kafedrasının müdiri Aynur Məmmədova çıxış edərək respublikamızda insan hüquqlarının qorunması ilə bağlı atılan addımlardan və bu sahədə əldə edilmiş nailiyyətlərdən bəhs ediblər. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti